Türkiyə Bakıda Ukraynanı məğlub ETDİ

 20:38 23.05.2025     193

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

Redaktor.az-ın  məlumatına görə, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.