Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazandı

 20:39 24.05.2025     114

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.

Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.

Qeyd edək ki, yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.