"Real" "Real"ı məğlub ETDİ

 00:25 25.05.2025     100

İspaniya La Liqasında mövsümün sonuncu turunda "Real Madrid" öz meydanında "Real Sosyedad"la qarşılaşıb.

Redaktor.az xəbər verir ki, matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Real Madrid" turnir cədvəlini ikinci pillədə başa vurub.

Xatırladaq ki, 2024/2025-ci il mövsümünün qalibi "Barselona" klubudur. Katalonlar mövsümün bitməsinə 2 tur qalmış növbəti dəfə İspaniya çempionu adını qazanıblar.

Turan İSMAYIL