Millimiz 3x3 basketbol üzrə 1/4 finala yüksəldi

 21:37 26.05.2025     207

Azərbaycanın 3x3 basketbol üzrə millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.

Redaktor.az xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.

İkinci görüşdə komanda Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.

 

Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, oyun mayın 27-də, saat 18:15-də başlayacaq.