Raul "Real"dan ayrıldı

"Real Madrid"in B komandasının baş məşqçisi Raul Qonzales klubdan ayrılıb.
Redaktor.az xəbər verir ki,bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, öz istəyi ilə işlədiyi "Real Madrid Kastilya"nı tərk edib.
Qeyd edək ki, Raul 1994-2010-cu illər arasında "Real Madrid"də futbolçu kimi 3 Çempionlar Liqası və 6 La Liqa titulunu qazanıb.