Minifutbol üzrə millimiz dünya çempionatının 1/4 mərhələsinə yüksəldi

 22:52 27.05.2025     177

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb.

Millimiz, son dünya çempionu ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.