Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini UZATDI

 23:27 27.05.2025     218

İspaniyalı 17 yaşlı futbolçu Lamin Yamal “Barselona” klubu ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə Redaktor.az komandanın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, müqavilənin müddəti 2031-ci ilə qədər davam edəcək.

Lamin Yamal 2023-cü ildən “Barselona”nın şərəfini qoruyur. Klubun tərkibində o, ikiqat İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub. Bu mövsüm Yamal müxtəlif turnirlərdə 55 matçda “Barselona”nın heyətində 18 qol vurub.

Yamal İspaniya milli komandasının tərkibində 2024-cü il Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu seçilib.