Arda Turanın yeni klubu bəlli OLDU

Türkiyəli gənc məşqçi Arda Turan Ukraynanın "Şaxtyor Donetsk" klubu ilə 2 illik müqavilə imzalayıb.
Redaktor.az xəbər verir ki, əvvəllər "Eyüpspor" klubunu çalışdıran və Antalyasporla keçirilən qarşılaşmadan sonra komandadan ayrıldığını açıqlayan Turanın yeni ünvanı Ukrayna təmsilçisi olub.
"Şaxtyor Donetsk" klubunun rəsmi açıqlamasında bildirilir: “38 yaşlı türk mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Arda Turan klub tarixində 39-cu baş məşqçi olacaq".
Ukrayna klubu təyinatla bağlı paylaşımında “Xoş gəlmisən, Arda Turan” ifadələrinə yer verib.
Kənan YUSİF