Messi futbol klubu qurdu

Amerikalı "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi klub ortağı Luis Suares ilə birlikdə "Deportivo LSM" futbol klubunun yaradıcısı olub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, 37 yaşlı argentinalı forvard Uruqvayın dördüncü divizionunda çıxışına başlayacaq klubun iş ortağı və investoru olub. Klubun adındakı "LSM" abbreviaturası iki futbolçunun adının birləşməsidir.
Messi Barselonanın gənclik sisteminin məhsuludur. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina ilə Dünya Kubokunun qalibi olub və iki dəfə Amerika Kubokunun qalibi olub.
2021-ci ildə argentinalı Fransanın PSJ-yə, 2023-cü ilin yayında isə MLS-də çıxış edən “İnter Mayami”yə keçdi. Argentinalı futbolçunun Amerika klubu ilə hazırkı iş müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Turan İSMAYIL