“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

İngiltərənin “Mançester Yunayted” futbol komandası yoldaşlıq oyununda “ASEAN All-Stars”a məğlub olub.
Redaktor.az xəbər verir ki, matç Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.
Oyunun birinci hissəsində “qırmızı şeytanlar” topa nəzarət etsə də, nominal ev sahibləri hücumda daha kəsərli olublar. Artıq səkkizinci dəqiqədə vyetnamlı Nquenin zərbəsi dirəyə tuş gəlib. Bir müddət sonra o, cərimə zərbəsindən fərqlənməyə yaxın olub – top qapının üstündən keçib.
“Qırmızı şeytanlar” da bir neçə zərbə ilə yadda qalıblar. Maquayr başla təhlükəli zərbə endirib. Bundan başqa, Maynu iki dəfə qapını təhdid edib, lakin ya hədəfdən sapıb, ya da qapıçıda ilişib. Hissənin sonunda Dukuli və Dorqu fəallıq göstərsələr də, qol vurula bilməyiblər.
Komandalar fasiləyə qolsuz bərabərliklə gediblər.
İkinci hissə oxşar tempdə başlayıb: çoxlu rotasiya, lakin minimum kəskin epizodlar. Bununla belə, “Yunayted”in sağ cinah müdafiəsindəki boşluğundan Vin yararlanıb. Ötürməni aldıqdan sonra o, kəskin bucaqdan sol doqquzluğa güclü zərbə endirərək hesabı açıb.
Qoldan sonra komandaların qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab dəyişməyib: “ASEAN All-Stars” – 1, “Mançester Yunayted” – 0.
Qeyd edək ki, “ASEAN All-Stars” (ASEAN ulduzları) Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzv ölkələrinin ən yaxşı oyunçularından təşkil edilmiş futbol yığma komandasıdır. Bura İndoneziya, Malayziya, Tailand, Vyetnam, Filippin və digər ASEAN üzvlərindən (ümumilikdə 12 ölkə) futbolçular daxildir.