"Çelsi" darmadağınla çempion OLDU

2024-25 UEFA Avropa Konfrans Liqası mövsümünün final matçı keçirilib.
Redaktor.az xəbər verir ki, Polşanın Vroslav şəhərindəki eyniadlı stadionda İspaniya təmsilçisi "Real Betis" İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib.
Oyun ingilislərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qolları "Real Betis"in heyətində Abdessamad Ezzalzouli (9), "Çelsi"nin heyətində isə Enzo Fernandez (65), Nikolas Cekson (70), Jardon Sanço (83) və Moises Kaysedo (90+1) vurub.
Beləliklə "Çelsi" darmadağınla Konfrans Liqasının qalibi olub.
Turan ASLAN