Minifutbol üzrə dünya çempionatında yarımfinal cütləri müəyyənləşdi

 23:01 29.05.2025     145

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin qarşılaşmalarından sonra bəlli olub.

Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Serbiyadan (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.

Dünya çempionatı

Yarımfinal

Azərbaycan - Monteneqro

Macarıstan - Serbiya

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları sabah baş tutacaq.