Maradonanın ölümü ilə bağlı cinayət işinə yenidən BAXILACAQ

 09:30 30.05.2025     99

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı martın 11-dən baxılan iş üzrə məhkəmə prosesi etibarsız sayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Buenos-Ayres məhkəməsi məlumat yayıb.

Buna səbəb kimi işə baxan üç hakimdən biri olan Culyetta Makintaçın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin üzə çıxması göstərilir.

Məhkəmə qərar verib ki, bu vəziyyətdə işi davam etdirmək olmaz. İndi dinləmələr əvvəldən başlayacaq.

Qeyd edək ki, Maradonanı müalicə edən həkim Leopoldo Luke başda olmaqla yeddi nəfər futbolçunun ölümünə səbəb olmaqda ittiham olunur.

Günahları sübuta yetiriləcəyi təqdirdə onlar 25 ilə qədər həbs cəzası ala bilərlər.