“Yuventus”un yeni baş məşqçisi kim olacaq?

"Yuventus" baş məşqçi postuna Stefano Piolini gətirmək istəyir.
Redaktor.az xəbər verir ki, "qoca sinyora" Can Pyero Qasperininin "Roma"ya gedişindən sonra diqqətini 59 yaşlı mütəxəssisə yönəldib.
Pioli hazırda "Əl-Nəsr"i çalışdırır. O, yenidən İtaliyaya qayıtmaq fikrinə müsbət yanaşır.
İtaliyalı mütəxəssis 5 il "Milan"ı çalışdırdıqdan sonra ötən ilin yayında ayrılmışdı. O, "rossoneri" ilə 2022-ci ildə İtaliya çempionu olub.