Salah Yamalı üstələdi - Siyahı

 15:34 31.05.2025     181

İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah 2024/2025 mövsümündə komandasının oyununa hamıdan çox təsir göstərib. 

Redaktor.az xəbər verir ki, bu, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin dünyada 60 ən güclü liqa arasında apardığı təhlillər nəticəsində müəyyənləşib.

"İkinci mərtəbə"də oyun, yerdə müdafiə, top paylama, vuruş, qol vəziyyətləri yaratma və hücumların yekunlaşdırılması kimi göstəricilər nəzərə alınıb.

Komandasının oyununa daha çox təsir göstərən 10 vingerin siyahısı:

1. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 100

2. Lamin Yamal ("Barselona", İspaniya) - 99,6

3. Maykl Olise ("Bavariya", Almaniya) - 98,1

4. Rafinya ("Barselona", İspaniya) - 93,2

5. Luis Dias ("Liverpul", İngiltərə) - 91,4

6. Morqan Rocers ("Aston Villa", İngiltərə) - 91,3

7. Brayan Mbemo ("Brentford", İngiltərə) - 90,8

8. Bredli Barkola (PSJ, Fransa) - 90,5

9. Usman Dembele (PSJ, Fransa) - 88,8

10. Vinisius Junior ("Real Madrid", İspaniya) - 88,2