Rövşən Nəcəf "Sabah"ı təbrik ETDİ

AFFA prezidenti Rövşən Nəcəf "Sabah" komandasını Azərbaycan Kubokunun qalibi olması münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "LinkedIn"də yazıb.
Rövşən Nəcəf "Sabah" və "Qarabağ" komandaları arasında keçirilmiş final matçının maraqlı olduğunu vurğulayıb:
"Futbol üzrə Azərbaycan Kubokunun finalında “Sabah” və “Qarabağ" klubları arasında maraqlı və əzmkar oyun izlədik. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanaraq Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasını ürəkdən təbrik edirəm".