Millimiz Qızıl Avropa Liqasında Sloveniyaya məğlub OLDU

 19:39 01.06.2025     276

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, komanda Sloveniya seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən