“Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm!”

 09:32 02.06.2025     211

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan minifutbol yığmasının qələbəsi münasibətilə paylaşım edib.

Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”