"Fənərbaxça"ya gözlənilməz dönüş: Cengiz Ünder GERİ QAYIDIR

 13:58 03.06.2025     230

Türkiyəli futbolçu Cengiz Ünder hazırda icarə əsasında çıxış etdiyi "Los Anceles" klubundan ayrılır.

Redaktor.az "AHaber"ə istinadla xəbər verir ki, Ünderin daha öncə şərəfini qoruduğu "Fənərbaxça"ya geri dönəcəyi məlum olub.

Məlumata görə, o, "Los Anceles"də istənilən səviyyədə çıxış edə bilməyib və klub onun satınalma hüququndan istifadə etməmək qərarına gəlib.

Ünder ay sonunda "Fənərbaxça"ya geri qayıdacaq. Cengiz Ünderin "Fənərbaxça" ilə hələ 2 illik müqaviləsi var.

Qeyd edək ki, 28 yaşlı sağ cinah oyunçusu "Los Anceles"də forma geyindiyi 15 oyunda 2 qol və 3 asistlə kifayətlənib.

Xatırladaq ki, C.Ünder bu ilin fevralında "Fənərbaxça" tərəfindən 1.2 milyon avro qarşılığında "Los Anceles"ə icarəyə verilmişdi.

Xədicə BAXIŞLI