Premyer Liqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini UZATDI

 20:25 04.06.2025     159

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" futbolçusu Tayron Minqzlə müqavilə müddətini uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm "Aston Villa"nın heyətində 22 oyuna çıxıb. O, 2019-cu ildə komandasının Premyer Liqaya yüksəlməsindən sonra 180-dən artıq oyun keçirib.