Messi Argentinaya QAYIDACAQ

 09:00 05.06.2025     111

Argentinalı ulduz Lionel Messi “İnter Mayami”ni tərk edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Flavio Azzaro məlumat yayıb.

Onun sözlərinə görə, forvard Argentina çempionatından “Nyuells Old Boyz” klubuna keçməyə qərar verib.

Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu mövsüm futbolçu MLS-də 13 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.