Belə uğur bir əsr əvvəl olmuşdu

 18:30 06.06.2025     135

İspaniya millisinin gənc futbolçusu Lamin Yamal Avropa futbolu tarixində unikal nailiyyətə imza atıb.

Redaktor.az-ın məlumatına görə, o, 18 yaşı tamam olmamış milli komanda səviyyəsində 6 qol vuran ilk avropalı futbolçu olub. Bu göstəriciyə sonuncu dəfə 1913-cü ildə 7 qolla niderlandlı Fernan Niso çatmışdı.

Ötən gün UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və Fransa milliləri qarşılaşıb. Matç ispanların 5:4 hesablı qələbəsi ilə nəticələnib. İspaniyanın qollarını Niko Vilyams, Mikel Merino, Pedri və Lamin Yamal vurub. Yamal qarşılaşmada dubl edib.

Fransa millisinin heyətində Kilian Mbappe, Rayan Şerki və Randall Kolo Muani fərqləniblər. Rəqib futbolçu Dani Vivilianın avtoqolu Fransa komandasının aktivinə yazılıb.

Bu nəticə ilə İspaniya finala yüksəlib və 8 iyun tarixində Portuqaliya ilə Millətlər Liqasının finalında qarşılaşacaq.