Azərbaycan yığması Gümüş Avropa Liqasında ilk matçını KEÇİRDİ

 20:54 06.06.2025     108

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması I turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk matçını keçirib.

Redaktor.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:0 (13:25, 20:25, 14:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.