Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə ETDİ

 19:00 07.06.2025     78

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Redaktor.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.