Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirdi

 22:10 07.06.2025     189

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

Redaktor.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Monteneqro seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.