Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.
Bu barədə Redaktor.az-a federasiyadan məlumat verilib.
Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.
Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.