"Real" klubu 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

 15:34 08.06.2025     112

İspaniyanın "Real" klubu Niderland təmsilçisi "Ayaks"ın gənclər sistemindən 16 yaşlı mərkəz yarımmüdafiəçisi Abdella Uazanı transfer etməyə yaxındır.

Redaktor.az xəbər verir ki, “Ayaks” mərakeşli futbolçuya müqavilə müddətini uzatmaq üçün üç dəfə təklif etsə də, o, bundan imtina edib.

İyunun 30-da Uazanın azad agent olacağı, ona görə də İspaniya nəhənginə pulsuz keçə biləcəyi vurğulanır.

Qeyd edək ki, A.Uazan 2016-cı ildən "Ayaks" sistemində çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.