"Bavariya" bu hücumçunu transfer etmək istəyir

Almaniyanın "Bavariya" klubu "Milan"ın və Portuqaliya millisinin hücumçusu Rafael Leaonu transfer etmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə insayder Pedro Almeyda məlumat paylaşıb.
Onun sözlərinə görə, Münhen klubu yaxın vaxtlarda 25 yaşlı futbolçunun transferi üçün İtaliya təmsilçisinə 100 milyon avro təklif edəcək.
Qeyd edək ki, R.Leao 2019-cu ilin yayında 49,5 milyon avroya "Lill"dən (Fransa) "Milan"a keçib. Forvard son mövsümdə klub səviyyəsində 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.