Azərbaycan millisinin futbolçusu Rusiya Superkubokunun qalibi OLDU

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.
Redaktor.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə mğlub edib.
N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.
Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.