Millimizin dünya çempionu olması münasibətilə konsert keçirilir

 20:51 08.06.2025     96

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir.

Redaktor.az-ın xəbərinə görə, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb.

Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.