Dünya çempionatı 2026-ya gedən yolda daha 6 oyun

 11:34 09.06.2025     88

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutacaq. Qarşılaşmalar 3 qrupda keçiriləcək.

Redaktor.az  xəbər verir ki, günün ən erkən görüşü Qazaxıstan və Şimali Makedoniya komandaları arasında reallaşacaq. 

Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Digər oyunlar isə 22:45-də başlayacaq.

I qrupu

22:45. Estoniya – Norveç

22:45. İtaliya – Moldova

Xal: Norveç – 9, İsrail – 6, Estoniya – 3, İtaliya – 0, Moldova – 0.

J qrupu

18:00. Qazaxıstan – Şimali Makedoniya

22:45. Belçika – Uels

Xal: Uels – 7, Şimali Makedoniya – 5, Qazaxıstan – 3, Belçika – 1, Lixtenşteyn – 0.

L qrupu

22:45. Xorvatiya – Çexiya

22:45. Farer adaları – Cəbəllütariq

Xal: Çexiya – 9, Monteneqro – 6, Xorvatiya – 3, Farer adaları – 0, Cəbəllütariq – 0.