Boksçularımız Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram) və Məhəmməd Cəfərov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək, birinci yeri qazanıblar. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kiloqram) Hüseyn Hüseynli (90 kiloqram) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kiloqram) və Rza Rzayev (75 kiloqram) isə turniri bürünc mükafatla başa vurublar.