AFFA azarkeşlər üçün avtobus ayırdı

AFFA Azərbaycan - Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Redaktor.az xəbər verir ki, müraciətdə bildirilib ki, iyunun 10-u "Liv Bona Dea Arena"ya azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.
Avtobuslar saat 18:00-dan 18:30-dək metronun "Koroğlu" stansiyasının hava limanı istiqamətindəki çıxışından stadion istiqamətində fəaliyyət göstərəcək.
Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin metronun "Koroğlu" stansiyasına geri daşınmasını təmin edəcək.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.