Belçika klubu "Qarabağ"ın ulduzuna göz dikib

Belçikanın "Lieqe Standard" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramovu transfer etmək istəyir.
Redaktor.az "VoetbalPrimeur.be"yə istinadən xəbər verir ki, T.Bayramovun tərcümeyi-halında Lyej klubunu razı salan bir neçə məqam var.
Mətbuatda yayılan xəbərlərə görə, Belçika klubu uzun müddətdir ki, "Qarabağ"ın ulduzuna göz dikib.
Yeni idman direktoru Mark Vilmots vəzifəsinin icrasına yeni başlasa da, Lyej komandasının Bayramova bu yay təklif edəcəyi bildirilir.