"Macarıstanla oyunöncəsi millimizdə yaxşı əhval-ruhiyyə var"

 16:45 09.06.2025     149

"Macarıstan millisinin heyətində yaxşı futbolçular var. Bizi çətin oyun gözləyir".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Macarıstan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı əhval-ruhiyyə var. İnanıram ki, bu, komandaya müsbət təsir edəcək”.

Qeyd edək ki, “Liv Bona Dea Arena"da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.