"Macarlara qalib gələ bilərik"

 17:16 09.06.2025     154

"Macarıstan millisi keyfiyyətli komandadır".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə sabah Macarıstan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda layiqli mübarizə aparacaqlarını bildirib: “Düşünürəm ki, yaxşı oyunla macarlara qalib gələ bilərik. Evdə oynayırıq və şansları bərabər hesab edirəm. Baş məşqçinin verdiyi bütün tapşırıqları doğru yerinə yetirməyə çalışacağıq”.