İki güləşçimiz Avropa çempionatında finala yüksəldi

Azərbaycanın iki yunan-Roma güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
Redaktor.az xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib.
15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb – 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidzeylə güləşəcək.
Elşad Abbasov (51 kq) polşalı Maçiey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb – 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.
Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb.
Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub – 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.