Boksçumuz Şimali Makedoniyada qızıl medal qazandı - FOTO

 17:36 11.06.2025     93

Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib. 

Redaktor.az xəbər verir ki, Azərbaycan millisi də bu yarışda iştirak edib. 

Komandamızın üzvü Abbasqulu Şadlinski turnirin qalibi olub. 

O, 75 kq-da mübarizə aparıb və finalda serbiyalı rəqibini üstələyib. 

A.Şadlinski fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.