Futbolçu özündən 10 yaş böyük xanımla evləndi - FOTO

 12:29 14.06.2025     228

“Trabzonspor”un futbolçusu Enis Destan bir müddət öncə nişanlandığı Arzum Kuruçalı ilə evlənib.

Redaktor.az xəbər verir ki, cütlüyün toy mərasimi İzmirin Çeşmə bölgəsində keçirilib.

“Trabzonspor”un açıqlamasında bildirilir:

“Futbolçumuz Enis Destan ilə Arzum Destan İzmirin Çeşmə bölgəsində baş tutan toy mərasimi ilə dünya evinə girdi. Futbolçumuzu və dəyərli həyat yoldaşını təbrik edir, onlara xoşbəxtlik arzulayırıq”.

Enis Destanın ailəsi onun Arzumla olan münasibətini qəbul etmir. Futbolçunun anası Gül Destan sosial mediada etdiyi paylaşımlarda gəlini haqqında sərt və tənqidi fikirlər səsləndirmişdi.

O, paylaşımında yazmışdı:

“Oğlumun seçdiyi gəlinin geyiminə baxın. Heç cür yaraşdırmıram. Nə fiziki görünüşü, nə həyat tərzi, nə də yaşı bizə uyğun gəlir. Bu, bizim heç vaxt qəbul etməyəcəyimiz bir gəlin namizədidir.
Əgər özündən 10 yaş kiçik biri ilə evlənmək istəyirdisə, sıradan bir fabrik işçisi və ya başqa peşə sahəsindən birini seçəydi. Məqsəd aydındır” (musavatş.com).