Hidayət Heydərov ilk görüşdə məğlub OLDU

 14:21 15.06.2025     107

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

Redaktor.az-ın məlumatına görə, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.