UFC turnirinin əsas ulduzu Bakıya GƏLDİ

21 iyun tarixində Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr” döyüş gecəsinin əsas döyüşçüsü, yarım ağır çəki dərəcəsində keçmiş çempionu Camal Hill artıq Bakıya gəlib.
Redaktor.az-ın məlumatına görə, döyüşçü komandası ilə birlikdə artıq ölkəmizdədir.
“UFC”nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill, azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşıb.