“Qarabağ”ın ÇL-dəki rəqibi nə vaxt bəlli olacaq?

Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibinin müəyyənləşəcəyi tarix açıqlanıb.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi 18 iyun saat 14:00-da keçiriləcək püşkatma ilə bəlli olacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.