"Liverpul" Florian Virtsin transferini AÇIQLADI

 23:30 20.06.2025     104

İngiltərənin "Liverpul" komandası Florian Virtsin transferini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı oyunçu üçün Almaniyanın "Bayer" klubuna ümumilikdə 116 milyon funt sterlinq ödəniləcəyi yazılır. Onunla 2030-cu ilədək müqavilə imzalanıb.