Taekvando Federasiyasının baş katibi istefa VERDİ

 10:57 21.06.2025     122

Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, o, öz istəyi ilə istefa verib.

Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.

Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.

Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.