U-16 millimiz Moldovaya qalib GƏLDİ

 20:22 21.06.2025     163

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.