Bakıdakı UFC turnirində ilkin döyüşlər başa çatdı - YENİLƏNİB

 23:17 21.06.2025     326

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilkin görüşlərə yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, altıncı qarşılaşmada Sok Hyön Ko (Cənubi Koreya) Oban Elliottla (Uels) üz-üzə gəlib.

Yarım orta çəkidə üç raund davam edən dueldə asiyalı idmançı qalib gəlib.

Beləliklə, “UFC Fight Night”ın ilkin döyüşləri başa çatıb.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-dan sonra start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, “UFC Fight Night”ın beşinci qarşılaşmasında İsmail Naurdiyev (Mərakeş) Pak Çun Yonla (Cənubi Koreya) üz-üzə gəlib.

Orta çəkidəki dueldə Cənubi Koreya təmsilçisi üç raundun yekununda sevinən tərəf olub.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-dan sonra start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, “UFC Fight Night”ın dördüncü qarşılaşmasında Melissa Mallins (İngiltərə) Darya Jeleznyakova ilə (Rusiya) üz-üzə gəlib.

Yarım yüngül çəkidəki duel 3 raund davam edib və yekunda Rusiya təmsilçisi qalib gəlib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, “UFC Fight Night”ın üçüncü qarşılaşmasında İrina Alekseyeva (Rusiya) Klaudiya Siqula ilə (Polşa) üz-üzə gəlib.

Yarım yüngül çəkidə üç raund davam edən dueldə Polşa təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, “UFC Fight Night”ın ikinci qarşılaşmasında Taqir Ulanbekov (Rusiya) Maksum Azatla (Qazaxıstan) üz-üzə gəlib.

Super yüngül çəkidəki dueldə Rusiya təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib.

Redaktor.az-ın məlumatına görə, “UFC Fight Night”ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib.

Ağır çəkidə üç raund davam edən dueldə Nigeriya təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

FOTO: Məhəmməd Ağayev

***

Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turnirinə start verilib.

Redaktor.az -ın məlumatına görə, Bakı Kristal Zalında təşkil olunan yarışda ilk olaraq 6 qarşılaşma baş tutacaq.

Hazırda ağır çəkidə Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya) görüşü başlayıb. Əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

“UFC Fight Night”ın görüşləri

İlkin döyüşlər

Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)

Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)

Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)

Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)

Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)

Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)

Əsas döyüşlər

Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)

Ağır çəki: Körtis Bleyds (ABŞ) - Rizvan Kuniyev (Rusiya)

Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbai (Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)

Yarım ağır çəki: Camal Hill (ABŞ) - Halil Rauntri (ABŞ)