Rafael Fiziyev UFC turnirində qələbə qazandı

 01:41 22.06.2025     69

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gəlib.

Fiziyev rəqibini məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ döyüşçüləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.