Klublararası dünya çempionatında daha iki matç keçirildi

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, D qrupunda CAR-ın “Mamelodi Sandauns” və Almaniyanın “Borussiya” kollektivləri üz-üzə gəliblər. 7 qolun vurulduğu matçda Dortmund təmsilçisi qələbə qazanıb - 4:3.
Digər oyun isə E qrupunda baş tutub. İtaliyanın “İnter” klubu Yaponiyanın “Urava Reds” komandasını 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.