"Real" vingeri Vinisius Juniorla müqavilə müddətini UZATDI

 10:55 22.06.2025     128

İspaniya təmsilçisi "Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb.

Redaktor.az xəbər verir ki, Madrid kollektivi futbolçu ilə sözləşməni artırdığını klublararası dünya çempionatından sonra açıqlayacaq.

Yeni müqavilənin 2030-cu ilə qədər olduğu bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı Vinisiusun bazar dəyərini 170 milyon avro qiymətləndirir(marca).