“Mançester Siti” klublararası dünya çempionatının pley-off mərhələsinə YÜKSƏLDİ

“Mançester Siti” klublararası dünya çempionatının II turunda BƏƏ-nin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə darmadağın edib.
Redaktor.az-ın məlumatına görə, qarşılaşma Atlantada baş tutub.
Qolları İlkay Gündoğan (8, 73), Klaudio Eçeverri (27), Erlinq Haaland (45+5-p.), Oskar Bobb (84), Rayan Çerki (89) vurub.
“Mançester Siti” və “Əl-Əyn” G qrupunda mübarizə aparır. İngiltərə komandası qrup mərhələsində ikinci qələbəsini qazanaraq 6 xala pley-offa vəsiqəni təmin edib.
Eyni xala iyunun 26-da pley-off mərhələsində “Mançester Siti” ilə oynayacaq İtaliya “Yuventus”u da malikdir.
“Əl-Əyn” son turda Mərakeşin “Vidad” klubu ilə qarşılaşacaq. İki turdan sonra komandaların xalları yoxdur.
Oyun gününün digər duelində Avstriya təmsilçisi “Zaltsburq” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə heç-heçə edib - 0:0.